#26camping4 üçün qeydiyyat başladı!
Bu dəfə kampımızı Qaxın füsunkar Sarıbaş kəndində quracağıq. ![]()
Sarıbaş kəndi Qax rayonunun ən məşhur dağ kəndlərindən biridir. Böyük Qafqaz dağlarının ətəyində, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşir. Kamp ərazisinə xüsusi dağ maşınları ilə qalxacağıq. Möhtəşəm mənzərələr, təmiz dağ havası və unudulmaz anlar bizi gözləyir. ![]()
Tarix: Gediş 4 iyul, saat: 07:00. Dönüş 5 iyul saat: 23:00(Bakıya çatma vaxtı) ![]()
Qiymətə daxildir:
Sprinterlə Bakı–Qax–Bakı nəqliyyatı
Dağ maşını ilə Sarıbaşa qalxıb-düşmək
Çadır və mat (4-6 nəfərlik)
Bütün kamp ləvazimatları
2 gün ərzində 6 dəfə qidalanma
Oyunlar, musiqi və əyləncəli fəaliyyətlər
Ocaq ətrafında çay və Mafia oyunu
Açıq havada film seyri
Təhlükəsiz kamp ərazisi və gecə mühafizəsi
Seçilmiş kollektiv
Təcrübəli təşkilatçı dəstəyi
Kamp keyfiyyətini artırmaq üçün tətbiq olunan qaydalar:
Yaş məhdudiyyəti: 18-40 yaş (13+ yaşlı uşaqlar valideyn və ya himayədarla qatıla bilər)
Spirtli içkilər qadağandır
İştirakçılar 4 qrupa bölünür: Çadırçılar • Suçular • Odunçular • Yeməkçilər
Gün ərzində nizamlı plan-qrafik tətbiq olunur
Görüşlərimiz kommersiya məqsədi ilə təşkil olunmur. Bütün xərclər 20 iştirakçı arasında bölünür. Bu kampda iştirak etmək üçün adama cəmi 80 AZN düşür.
Bizə qoşulmaq üçün şərhdə “+” yazın və ya 070 267 07 28 nömrəsinə müraciət edin.
#meetingpart ilə həyatına rəng qat!
Yeni yerlər kəşf et!
Unudulmaz xatirələr topla!

