Qaydalar

Dünya yaranandan onun da bir nizamı var. Əgər təbiət bu qaydalardan kənara çıxarsa, bütün bəşəriyyət məhv olar..

2017-ci ilin Mart ayında toxumunu əkdiyimiz Meetingpart dünyasının hər zaman çiçəklənməsi üçün onun da özünəməxsus qaydaları var. İllərdir keçdiyimiz keşməkeşli yollar, yaşantılar, əksikliklərdən nəticə çıxardaraq, biz də dünyamıza nizam gətirdik. Hər şey sizin rahatlığınız üçün qeydə alınmışdır…

Maddə 1. Qadağalar:

• 1.1 – Meetingpart-ın “Problemli” elan etdiyi şəxslə əlaqə saxlamaq qadağandır(cəzası – bir müddət görüşlərə buraxılmır. Təkrarlanarsa, birdəfəlik kənarlaşdırılır);

• 1.2 – Meetingpart olan hər yerdə siyasi, futbol, dini, irqi, cinsi mövzularda fikir bildirmək və ya müzakirə etmək qadağandır(cəzası – ilk dəfə üçün güzəşt edilir. Təkrarlanarsa, bir müddət görüşlərə buraxılmır);

• 1.3 – Meetingpart olan hər yerdə(öncədən icazə verilməyibsə) spirtli içki: görüşdə almaq, özü ilə gətirmək, istifadə etmək, istifadə edib gəlmək qadağandır(cəzası – olduğu görüşdən kənarlaşdırılır(istifadə edibsə) və bir müddət görüşlərə buraxılmır);

• 1.4 – Meeetingpart olan hər yerdə etik normalardan kənar sözlər işlətmək, vulqar və kobud ifadələr söyləmək, təhqiredici və alçaldıcı hərəkətlər etmək qadağandır(cəzası – dərəcəsinə görə müvəqqəti və ya birdəfəlik kənarlaşdırılır)

• 1.5 – Meetingpart görüşlərində tanışlığı yaranan əks cinslərin sonradan əlaqə saxlaması qadağandır(cəzası – hər ikisi “problemli” elan edilərək, birdəfəlik kənarlaşdırılır);

• 1.6 – Meetingpart görüşlərində tanışlığı yaranan şəxslərin real və ya virtual(tətbiqlər vasitəsi ilə) qrup yaratması, virtual və real görüşlər, toplantılar, qonaqlıqlar keçirməsi qadağandır(cəzası – “qrup rəhbəri” “problemli” elan edilərək birdəfəlik, iştirakçılar müvəqqəti və ya birdəfəlik kənarlaşdırılır);