« All Events
#26camping4. Qax, Sarıbaş kəndi
İyul 4 @ 8:00 Səhər - İyul 5 @ 11:00 Səhər

Bu dəfə kampımızı Qaxın füsunkar Sarıbaş kəndində quracağıq.

Sarıbaş kəndi Qax rayonunun ən məşhur dağ kəndlərindən biridir. Böyük Qafqaz dağlarının ətəyində, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşir. Kamp ərazisinə xüsusi dağ maşınları ilə qalxacağıq. Möhtəşəm mənzərələr, təmiz dağ havası və unudulmaz anlar bizi gözləyir.


Tarix: Gediş 4 iyul, saat: 07:00. Dönüş 5 iyul saat: 23:00(Bakıya çatma vaxtı)


Qiymətə daxildir:

Sprinterlə Bakı–Qax–Bakı nəqliyyatı

Dağ maşını ilə Sarıbaşa qalxıb-düşmək

Çadır və mat (4-6 nəfərlik)

Bütün kamp ləvazimatları

2 gün ərzində 6 dəfə qidalanma

Oyunlar, musiqi və əyləncəli fəaliyyətlər

Ocaq ətrafında çay və Mafia oyunu

Açıq havada film seyri

Təhlükəsiz kamp ərazisi və gecə mühafizəsi

Seçilmiş kollektiv

Təcrübəli təşkilatçı dəstəyi

Kamp keyfiyyətini artırmaq üçün tətbiq olunan qaydalar:

Yaş məhdudiyyəti: 18-40 yaş (13+ yaşlı uşaqlar valideyn və ya himayədarla qatıla bilər)

Spirtli içkilər qadağandır

İştirakçılar 4 qrupa bölünür: Çadırçılar • Suçular • Odunçular • Yeməkçilər

Gün ərzində nizamlı plan-qrafik tətbiq olunur

Görüşlərimiz kommersiya məqsədi ilə təşkil olunmur. Bütün xərclər 20 iştirakçı arasında bölünür. Bu kampda iştirak etmək üçün adama cəmi 80 AZN düşür.

Bizə qoşulmaq üçün şərhdə “+” yazın və ya 070 267 07 28 nömrəsinə müraciət edin.
#meetingpart ilə həyatına rəng qat!

Yeni yerlər kəşf et!

Unudulmaz xatirələr topla!