Möhtəşəm bir macaraya hazırmısız? 15-ci görüşümüzün seçim turuna start verdik! #görüşpart15
Deməli belə, gedirik Lənkərana ləvəngi yeməyə
Plan necədi?
Dekabrın 16-sı(şənbə günü) saat 21:00-da görüşürük, 23:00-da minirik öncədən yer aldığımız poyuza gedirik düz Lənkərana(gecəni poyuzda keçirdəcik) , saat 07:00-da(artıq bazar günüdür) çatırıq Lənkərana poyuzdan düşüb, cənubun o miss kimi havasından alıb, Lənkəran çayı, limonu başda olmaqla qəşşəy bir nahar edirik
. Sonra çıxırıq bir az şəhəri gəzirik. Gedirik Xan Sarayına
, ordan çıxıb gedirik General Həzi Aslanovun ev muzeyinə
, artıq günorta vaxtı çatır və Lənkəran ləvəngisi bizi gözləyir
. Çörəyimizi yedikdən sonra gedirik “Sarı ada”sına möhtəşəm mənzərəli yerləri gəzib fotosessiya edirik. Günü başa vurduqdan sonra saat 17:00-da minirik avtobusa və qayıdırıq Bakıya
. 17 dekabr(bazar günü) saat 22:00-da oluruq Bakı Beynəlxalq Avtovağzalında, ordan metro ilə evinizə gedə bilərsiz.
Poyuz məsələsi belədir: yerlər kupedən alınacaq, hər qatarda 9 kupe olur, hər kupedə 4 yer. Xanımlar üçün ayrı kupe tutulacaq, bəylər üçün ayrı. Hər kəs kimi biz də mikroavtobus sifariş edə bilərik, amma, etmirik. Bu həm, əlavə xərclərin qarşısını almaq üçündür, həm, qatar daha əyləncəli və rahat olur ki, rahat dincinizi alıb çatırsız, həm də bu seçim macara axtaranlar üçündür.
Seçim məsələsi: ilk olaraq 12 nəfərlə gedəcəyimizi düşünürük, bu da o demekdir ki, 3 kupe yer alacıq. Əgər istək çox olarsa, 2 kupe də əlavə edərik.
Görüşdə xanımlarla bəylərin sayı eyni olacaq. 12 nəfərin içinə “İdarə Heyəti” də daxildir. Tərkibi: Kami Feyzullayeo, Ilahe Kazimova, AiDa İsaq, Ayshen A-va, Edik A-off, Ilkin Namazli, ʆʆ Emil ʆʆ, Samin Zəfəroğlu (8 nəfər)
8 nəfər özümüz olduğu üçün aranızdan 5 bəy və 7 xanım seçiləcək
Xərclərlə bağlı: Yuxarıda yazılanların hər biri(qatar bileti, şəhərdaxili marşurut xərci, nahar, günorta və geri dönüş üçün avtobus gedişhaqqısı) daxil cəmi 20 AZN(qatarda kupe yerlәrin qiymәti 5 manatdan 9.9 qaldırılıb, on görә 25 azn oldu)
. Kim istərsə orda limitsiz şəkildə pul xərcləyə bilər
Seçilmək üçün rəyə “+” qoymağınız kifayət edir.

Maraca dolu bir günə tam hazırıq dədəbalasi
Qatara biletlər alındı
15-ci görüşümüzdə iştirak edən macarasevənlər aşağıdakılardır:
– AiDa İsaq
– Ilahe Kazimova
Uğurlar bizə #Meetingpart#görüşpart15




Yeah bookmaking this wasn’t a bad conclusion outstanding post! .